“Sony” şirkəti 3,5 düymlü disketlərin istehsalını dayandırır.Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu addımla şirkət 20 il ərzində geniş istifadə olunan formatın tarixinə son nöqtəni qoyur. “Sony” 2011-ci ilin mart ayından etibarən 3,5 düymlü disketlərin Yaponiya bazarında satışını dayandırmaq niyyətini açıqlayıb. İki il bundan əvvəl 3,5 düym formatlı disketlərin dünya bazarında 40 faizi məhz “Sony” şirkətinin payına düşürdü, şirkətin Yaponiyanın disket bazarında hazırkı payı isə 70 faiz təşkil edir.
NewS-Az.Tk
Dünya və Azərbaycan xəbərləri...
11 нояб. 2010 г.
Azərbaycanda 153 280 nəfər «Facebook» sosial şəbəkəsində qeydiyyatdan keçib
Azərbaycanda 153 280 nəfər «Facebook» sosial şəbəkəsində qeydiyyatdan keçib. Facebaker.com saytının məlumatına görə, bu istifadəçilərin 62 %-i, yəni 92 440-i kişi, 38 %-i isə yəni 57 180 nəfəri qadın istifadəçilərdir. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bu rəqəmlərin daha yüksək olduğunu bildirir: “Azərbaycanda bizim analitik təhlillərimiz göstərir ki, Facebook istifadəçilərinin sayı bundan çoxdur. Sadəcə "Facebook", insanlar qeydiyyat keçəndə kim orada Azərbaycanın adını qeyd edirsə, statistik olaraq onları reklamvericilərə təqdim edir ki, reklam verən Azərbaycandan bu qədər adamın qeydiyyatdan keçdiyini və şirkətin reklamını bu qədər azərbaycanlıya çatdıracağını bilsin. Hesab edirəm ki, bu rəqəm 200-250 min ola bilər”.
"Washington Times" satılır
ABŞ-ın "The Washington Times" qəzetinin rəhbərliyi nəşrin satılması planlarını nəzərdən keçirir.Ötən ilin sonlarında maliyyə vəsaiti çatışmazlığından dolayı qəzet əməkdaşlarının 40%-i ixtisara salınmış, idman şöbəsi, ümumiyyətlə, ləğv edilmişdi.
Müsavat MSK-dakı yerini itirəcək
NewS-Az.Tk bildirir ki, üçüncü çağırış Milli Məclisində millət vəkili mandatlarını itirmiş siyasi qurumlar arasında bir sıra digər partiyalarla yanaşı, Müsavat Partiyası da var.
Müsavat Partiyası deputat mandatına yiyələnə bilmədiyindən bu olay partiyanın Mərkəzi Seçki Komissiyasında təmsilçiliyinə də təsir edəcək.
Xatırladaq ki, MSK heyəti Milli Məclisin seçdiyi 18 üzvdən ibarətdir. Üzvlərdən 6 nəfəri ölkə parlamentində çoxluq təşkil edən siyasi partiyanı, 6 üzv heç bir partiyaya mənsub olmayan müstəqil deputatları, 6 üzv də Milli Məclisin heyətində azlıqda olan siyasi partiyaları təmsil edir.
Milli Məclisə keçirilmiş son seçkilər nəticəsində Müsavat Partiyası bir mandat belə, qazana bilmədiyi üçün qurumun təmsilçisi Gülağa Aslanlı MSK üzvlüyündən məhrum ola bilər.
G.Aslanlı ölkə parlamentinin oktyabrın 8-də keçirilmiş iclasında MSK üzvü seçilmişdi.
MSK-dan NewS-Az.tk-a verilən açıqlamada bildirilir ki, təşkilatda partiyalara ayrılmış kvotaları noyabrın 7-də keçirilmiş seçkilər nəticəsində Milli Məclisdə təmsil edilmiş partiyalar bölüşəcəklər.
Həmin strukturlar isə Yeni Azərbaycan, Ana Vətən, Sosial Rifah, Ümid, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət və Demokratik İslahatlar partiyalarıdır.

Türkiyə müxalifətini lideri Dəniz Baykal istafa edib
Türkiyə müxalifətinin lideri , Cumhuriyyət Xalq partiyasının lideri (CHP) Dəniz Baykal istefa edib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
“Azərbaycan teatrı” veb-portalı hazırlanıb
8-12 noyabr tarixləri əhatə edən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlər” adlı Bakı Beynəlxalq Teatr Konfransının çərçivəsində keçirilmiş plenar iclasın dünən bağlanışı oldu.NewS-Az.Tk xəbər verir ki, iclasın sonunda “Azərbaycan teatrı” veb-portalı təqdim edildi. Azərbaycanın teatrının tarixi, bu günü, o cümlədən milli-mədəni irsimizin gələcəyinə yönəlik planlarını özündə ehtiva edən portal, azərbaycan türkcəsi ilə yanaşı dünyanın bir çox dillərində - ingilis, rus, fars, hətta çin dillərində hazırlanıb. Bir neçə bölmədən ibarət olan teatr portalında Azərbaycan mədəniyyətinin, xüsusi olaraq Azərbaycan teatrinin tarixi təkcə kiçik məlumatlardan ibarət deyil. Nəfis dizaynla hazırlanmış bu saytda kifayət qədər zəngin audio-video məlumat bazası ilə bahəm multimedia kitabxana, habelə təhsil-maarifçilik proqramları yerşəldirilib. Xatırladaq ki, “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlər” adlı Bakı Beynəlxalq Teatr Konfransında Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqları iştirakı edirdi. Azərbaycanda ilk dəfə keçirilmiş Beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları vardı. Belə elmi-praktik konfransların mütəmadi, daha dəqiq desək, iki ildən bir keçirilməsi Dövlət Proqramında nəzərdə tutulub. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərsləri və treninqlər də keçirilir. Artıq bir neçə ustad dərsləri keçirilib. Proqrama əsasən, noyabrın 12-dək davam edəcək treninqlərdə ABŞ-dan olan mütəxəssislər - Rut Maqraff “Dramaturgiya”, “Vokal ifaçılığı”, Roberto Varea “Plastika”, Daniel Banks “Teatr alternativləri: Hip-Hop teatrı” mövzusunda seminarlar keçəcəklər. |
10 нояб. 2010 г.
2012-ci ildən sonra insanlar qocalmayacaq
Amerika mətbuatının yazdığına görə, yerli alimlər uzun-uzadı apardıqları işlərin nəticəsi kimi, 2 ildən sonra insanı həmişə cavan saxlayan eliksirin istehsalına başlayacaqlar. Bu maddə 2012-ci ildə sınaqdan keçirilmək üçün hazır olacaq. Müəlliflər bildirir ki, hazırda planetdə yaşı 100-ü ötmüş saysız-hesabsız insanın olması əslində insanların daha çox yaşamaq iqtidarında olduğunu göstərir. Məhz bu faktdan ilhamlanan alimlər «gənclik cövhəri»nin istehsalına qərar veriblər.
Подписаться на:
Сообщения (Atom)