NewS-Az.Tk bildirir ki, üçüncü çağırış Milli Məclisində millət vəkili mandatlarını itirmiş siyasi qurumlar arasında bir sıra digər partiyalarla yanaşı, Müsavat Partiyası da var.
Müsavat Partiyası deputat mandatına yiyələnə bilmədiyindən bu olay partiyanın Mərkəzi Seçki Komissiyasında təmsilçiliyinə də təsir edəcək.
Xatırladaq ki, MSK heyəti Milli Məclisin seçdiyi 18 üzvdən ibarətdir. Üzvlərdən 6 nəfəri ölkə parlamentində çoxluq təşkil edən siyasi partiyanı, 6 üzv heç bir partiyaya mənsub olmayan müstəqil deputatları, 6 üzv də Milli Məclisin heyətində azlıqda olan siyasi partiyaları təmsil edir.
Milli Məclisə keçirilmiş son seçkilər nəticəsində Müsavat Partiyası bir mandat belə, qazana bilmədiyi üçün qurumun təmsilçisi Gülağa Aslanlı MSK üzvlüyündən məhrum ola bilər.
G.Aslanlı ölkə parlamentinin oktyabrın 8-də keçirilmiş iclasında MSK üzvü seçilmişdi.
MSK-dan NewS-Az.tk-a verilən açıqlamada bildirilir ki, təşkilatda partiyalara ayrılmış kvotaları noyabrın 7-də keçirilmiş seçkilər nəticəsində Milli Məclisdə təmsil edilmiş partiyalar bölüşəcəklər.
Həmin strukturlar isə Yeni Azərbaycan, Ana Vətən, Sosial Rifah, Ümid, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət və Demokratik İslahatlar partiyalarıdır.
Комментариев нет:
Отправить комментарий