Ana Səhifə

11 нояб. 2010 г.

Azərbaycanda 153 280 nəfər «Facebook» sosial şəbəkəsində qeydiyyatdan keçib

Azərbaycanda 153 280 nəfər «Facebook» sosial şəbəkəsində qeydiyyatdan keçib. Facebaker.com saytının məlumatına görə, bu istifadəçilərin 62 %-i, yəni 92 440-i kişi, 38 %-i isə yəni 57 180 nəfəri qadın istifadəçilərdir. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bu rəqəmlərin daha yüksək olduğunu bildirir: “Azərbaycanda bizim analitik təhlillərimiz göstərir ki, Facebook istifadəçilərinin sayı bundan çoxdur. Sadəcə "Facebook", insanlar qeydiyyat keçəndə kim orada Azərbaycanın adını qeyd edirsə, statistik olaraq onları reklamvericilərə təqdim edir ki, reklam verən Azərbaycandan bu qədər adamın qeydiyyatdan keçdiyini və şirkətin reklamını bu qədər azərbaycanlıya çatdıracağını bilsin. Hesab edirəm ki, bu rəqəm 200-250 min ola bilər”.

Комментариев нет:

Отправить комментарий