Ana Səhifə

10 нояб. 2010 г.

Azərbaycanda avtoxuliqanlar üçün xüsusi meydança tikiləcək və yarışlar təşkil ediləcək

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətindən (KHVTİC) NewS-Az.Tk-ya verilən məlumata görə, bu məsələ ilə bağlı layihə hazırlanıb və təsdiq olunub. KHVTİC-nin mətbuat xidmətinin rəhbəri Valid Qardaşlı bildirib ki, Bakının Güzdək qəsəbəsində yerləşən və sovet ordusu tərəfindən dağıdılmış Aviasiya Mərkəzində belə bir meydançanın tikilməsi üçün müvafiq iş aparılır. Onun sözlərinə görə, həmin mərkəzin təmiri üçün layihə təsdiq olunsa da, maliyyə böhranı ilə əlaqədar olaraq təmir işləri gecikdirilib: “Həmin mərkəzin ərazisində çoxlu miqdarda partlamamış minalar var. Ərazinin minalardan təmizlənməsi üçün cəmiyyət ANAMA-ya müraciət edib. Mərkəzin yerləşdiyi ərazi minalardan təmizlənəndən sonra təmir işlərinə başlanılacaq”.

Комментариев нет:

Отправить комментарий