Ana Səhifə

9 нояб. 2010 г.

Obama Yapon imperatoruna təzimə görə qınanıb

Amerikalı tənqidçilər prezident Barak Obamanın Yaponiya imperatoru Akixitonun qarşısında baş əyib təzim etdiyinə görə hiddətləniblər. 
Qeyd etdiyimiz kimi Obama noyabrın 14-də Yaponiyaya gəlib. Ertəsi gün onun tənqitçiləri prezidentin Akixitonu salamlayaraq, təzim etməsindən çəkilmiş fotolarla tanış olublar. 
Mühafizəkar-siyasətçi Uilyam Kristol 15 noyabrda Fox.News telekanalın efirində deyib: “Amerikanın prezidenti üçün əcnəbi liderin qarşısında təzim etmək yolverilməzdir”. Kristolun fikrincə prezidentin bu jesti ABŞ-ın zəif ölkə olduğuna işarədir.   
Digər mühafizəkar Bill Bennet CNN-nın efirində Obamanın davranışını belə dəyərləndirib: “Bu biabırçılıqdır. Mən buna baxmaq istəmirəm.” Bennetin sözlərinə görə, ABŞ kralların və imperatorların nüfuzlarını üstün tutmamalıdır. 
Tənqitçilər həmçinin qeyd edirlər ki, 2001-2009-cu illərdə ABŞ-ın vitse-prezident postunun sahibi mühafizəkar Dik Çeyni də 2007-ci ildə Yapon imperatoru ilə görüşüb. O, hökmdarın əlini möhkəm sıxmış, lakin baş əyməmişdir. Obamanın isə Akixitoya təzimi artıq buna bənzər 1-ci jest deyil. 2009-cu ildə o Səudiyyə Ərəbistanının kralı Abdullanın qarşısında da təzim edib. 
Obamanın Demokrat partiyadakı yandaşı Donna Brazile CNN-nın efirində prezidentin təzimini xeyirhaqlıq jestı adlandırıb. Prezident administrasiyası isə Obamanın bu addımını protokol qaydalarının gözlənilməsi kimi dəyərləndirib. 
Yaponiya KİV-ləri Obamanın təziminə şərh verməyiblər. Lakin Yapon bloqerləri Amerika prezidentinin davranışını müsbət qiymətləndiriblər. “Exsaminer” adlı nəşr deyilənə yönəli olaraq  nümunə üçün bloqerlərdən aşağıdakı sitatları gətirib: “Obama qəlbində yaponların çoxundan daha böyük yapondur”, “Gör nə  yaxşı oğlandır”, “O həqiqətən də yapon yolu ilə getməyə çalışır”.

Комментариев нет:

Отправить комментарий